Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədən üzr istəyib

FBI-iphones-backdoor-620x350

Xeberinfo.com:  “Milliyet” qəzetinə istinadən məlumata görə, üzrxahlıq 2014-cü ildə yaşanan bir olayla bağlı olub. Həmin il ABŞ dövlət katibi Con Kerri BMT toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna “bizdə İŞİD-dən neft aldığınız barədə məlumatlar var”, deyib. M. Çavuşoğlu isə belə cavab verib: “Con, sizə məlumat verənləri bilirik. Misir və bizim siyasətimizdən narazı olan bəzi digər ərəb ölkələri. Bu, çox ciddi ittihamdır. Bu barədə sənədlər varsa, bizə verin”.

Ancaq bir müddət ABŞ-dan bu iddianı sübut edən sənəd gəlməyib. Sonrakı aylarda M. Çavuşoğlu beynəlxalq toplantılarda görüşdüyü C. Kerriyə səsləndirdiyi iddianı xatırladıb. Nəhayət, Kerri Çavuşoğluna bir sənəd göndərib, Türkiyə Xarici İşlər Nazirliyi isə həmin sənədi Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MİT) təqdim edib. MİT sənəddəki iddianı və göstərilən koordinatları araşdırıb. Koordinatlarda göstərilən yer Türkiyənin Kilis bələdiyyəsinin asfalt zavodu çıxıb. Bundan sonra C. Kerri M. Çavuşoğlundan üzr istəyib. Daha sonra isə CİA Türkiyədən yazılı üzr istəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam