Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Obamaya məxfi hesabat verildi -Rusiya ilə bağlı

ABŞ-da keçirilən prezident seçkilərinə Rusiya və digər xarici ölkələrin müdaxiləsinə dair məxfi hesabat Barak Obamaya təqdim edilib.

 

Xeberinfo.com:  Bunu “Assoşieyted Press”ə ölkənin kəşfiyyat orqanlarından olan mənbə bildirilib. 


Hesabat, həmçinin bu gün yeni seçilmiş prezident Donald Trampa təqdim ediləcək. 

Qeyd edək ki, dekabrın 10-u Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müəyyənləşdirib ki, Rusiya Donald Trampın qalib gəlməsi üçün ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə edib.

MKİ Rusiya rəhbərliyi ilə bağlı olan və “WikiLeaks” saytına Hillari Klintonun qərargahının rəhbəri Con Podesta da daxil olmaqla Demokratlar partiyasının serverlərini qırmaq yolu ilə əldə olunan minlərlə elektron poçtu ötürməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirib. 
MKİ bu qənaətə gəlib ki, Rusiyanın əsas məqsədi Trampın seçkilərdə qalib gəlməsinə yardım etməkdir. 

Daha əvvəl ABŞ KİV və FTX dəfələrlə Demokratlar partiyasının serverlərinin rus hakerlər tərəfindən sındırıldığını bəyan etmişdi.

Qeyd edək ki, bu ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam