Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Almaniya Çini öz mövqeyindən sıxışdırıb çıxardı –Dünyada 1-ci oldu

ostrovok-450-267_jpg_300x200_crop_q70

 2016-cı ildə Almaniya Federativ Respublikası (AFR) xarici ticarət profisitinə görə, Çini öz mövqeyindən sıxışdırıb çıxararaq, dünyada birinci pilləyə yüksəlib.

Xeberinfo.com:  Bu barədə Almaniya iqtisadi araşdırmalar institutunun (İFO) məlumatında söhbət açılır.

İlkin hesablamalara görə, Almaniyada bu göstərici 268,0 milyard avro (297,0 milyard dollar) təşkil edib, Çində isə 245,0 milyard dollar olub.

2015-ci ildə xarici ticarət profisitinə görə, Çin dünya lideri olub, Almaniya isə ikinci sırada qərar tutub.

Almaniya iqtisadiyyat nazirliyinin bəyanatına görə, ölkədə bu göstəricinin artması bazar mexanizmlərinə siyasi müdaxilənin nəticəsi deyil və qlobal bazarda cərəyan edən proseslərlə bağlıdır. «Deutsche Welle»-n məlumatına görə, nazirlik bildirir ki, artıq cari ildə Almaniyanın ticarət balansında aktiv saldo göstəricisi müşahidə olunur.

İFO-nun hesablamalarına görə, bu göstərici üzrə dünyada ən böyük defisit ABŞ-da müşahidə olunub – 478,0 milyard dollar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam