Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Türkiyə belə lazımsız fikirlərdən qaçmalıdır" -Merkel Ərdoğanın ittihamlarına cavab verdi

Merkel-

Yenixeber.org:  Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Ərdoğanın "Ey Almaniya, sizin demokratiya ilə bir əlaqəniz yoxdur. Sizin hazırkı yanaşmalarınız keçmişdəki faşist düşüncəsindən fərqli deyil. Siz bizə demokratiya dərsi verəcəksiz, ancaq mənim nazirlərimə Almaniyada danışmağa imkan verməyəcəksiz. Sizi bütün beynəlxalq aləmdə rəzil-rüsvay edəcəyik. Biz o faşist dünyasını görmək istəmirik. Elə bilirdik, Almanyanın bunları buraxması keçmişdə qalıb, ancaq yanılmışıq", – sözlərindən ibarət təhdidlərinə cavab verib.

 Türkiyə mediasına istinadən xəbərə görə, Merkel Ərdoğanın Almaniyanı keçmişiylə müqayisə etməsini  qəbul etmədiklərini, bu cür yanaşmanın o dövrün günahkarlarının önəmsizləşdirəcəyini bildirib: "Ərdoğanın bu bənzətməli, müqayisəli açıqlamasını rədd edirik. İki ölkə münasibətləri soyuqqanlı davam etməlidir".

Merkel iki ölkənin daha sakit, məntiqli davranmasının gərəkli olduğunu da sözlərinə əlavə edərək, deyib ki, Türkiyə lazımsız itihamlardan qaçmalıdır: "Türkiyənin belə əsassız ittihamlardan qaçması lazımdı" .


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam