Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Danimarkanın baş naziri də Ərdoğana qarşı çıxdı:Niderlandla münaqişəyə görə

Danimarkanın baş naziri Lars Lyokke Rasmussen Türkiyənin baş naziri Binəli Yıldırıma təklif edib ki, Niderlandla aralarında olan münaqişəyə görə Danimarkaya səfərini təxirə salsın.

Yenixeber.org:   Bu barədə “Reyter” agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, B.Yıldırımın səfəri martda olmalı idi.

"Türkiyənin Hollandiyaya hücumlarını nəzərə alaraq, görüşə bundan ayrı baxmaq olmaz. Mən türk həmkarıma görüşü təxirə salmağı təklif etdim", - deyə agentlik Rasmussenin sözlərini sitat gətirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan soydaşları qarşısında çıxış edərək onları konstitusiyaya dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı. Lakin Hollandiya hökuməti Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv etdi. Hollandiyanın bu addımından sonra iki ölkə arasında diplomatik qalmaqal yaşanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam