Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Putin Ukraynaya ordu yeritməkdən rəsmən imtina etdi

 

   
    Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına (FŞ) Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadəyə razılıq verən 1 mart 2014-cü il tarixli qərarı ləğv etməyi xahiş edib. 
 
   "Xeberinfo.com" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama yayıb. 
     Putin FŞ-yə məktubu Avstriyaya rəsmi səfərə yollanmazdan öncə göndərib. Qurumun sədri Valentina Matviyenkoya ünvanlanan məktubda xahiş belə əsaslandırılır: “Çox ümid edirəm ki, mənə bu hüquqdan istifadəyə ehtiyac qalmayacaq və Ukraynadakı bütün kəskin problemlər siyasi-diplomatik vasitələrlə yoluna qoyulacaq”. 
   Qeyd edək ki, Ukrayna böhranının aradan qaldırılması üçün artıq üçtərəfli komissiya öz işinə başlayıb. Putinin məktubu da məhz sülh danışıqlarının start götürülməsi ilə əlaqələndirilir. Az öncə Qərb üçtərəfli komissiyaya kömək etməyəcəyi təqdirdə Rusiyanı yeni sanksiyalarla hədələmişdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam