Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Əl Bağdadinin qardaşı ələ keçdi

 

 İraq ordusunun son bir sutka ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində müxtəlif əyalətlərdə 150 İŞİD terrorçusu məhv edilib.

 

"Xeberinfo.com": “İraqNyus”un yaydığı xəbərə görə, bu açıqlamanı İraq ordusunun sözcüsü Qasim Ata verib.

“Son 24 saat ərzində Əl-Anbarda 46, Diyalada 39, Babildə 45 olmaqla ümumilikdə 130 İŞİD terrorçusu məhv edilib”, - deyə Qasim Ata bildirib.

Eyni zamanda Cufr əl-Sahar şəhərində də könüllü dəstələrin dəstəyi ilə 22 terrorçu məhv edilib. Bundan başqa, İŞİD lideri Əbu Bəkir Əl-Bağdadinin qardaşının ələ keçirildiyi bildirilib. 

“Əl-İhbariyə”nin məlumatına görə, Bağdadinin qardaşı Bağdad şəhərində xüsusi əməliyyat zamanı ələ keçirilib. Onun əksər terror əməliyyatlarına komandanlıq etdiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam