Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"McDonalds"da istifadə olunan ətə antibiotik vurulmayacaq

 

Yenixeber.org: ABŞ-ın "McDonald`s" korporasiyası bütün dünya üzrə menyularında tərkibində antibiotik olan ətdən imtina etmək istəyir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə korporasiyanın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, "McDonald`s" tezlikdə quş əti tədarükçülərini antibiotiklərdən istifadənin zəruri olmaması barədə məlumatlandıracaq. 
"2018-ci ildən başlayaraq bütün dünyada broylerlərin yetişdirilməsi zamanı antibiotik vasitələrindən istifadəyə dair siyasətimizə yenilik edəcəyik. Bu tədbirlər Dünya Səhiyyə Təşkilatının insanın müalicəsi üçün yüksəkprioritetli fövqəladə vasitə kimi təsnifləşdirdiyi antibiotiklərdən ("HPCIA") imtina edilməsi çərçivəsində görülür", - deyə qida şəbəkəsinin açıqlamasında bildirilib.

Beləliklə, gələn ilin əvvəlindən Braziliya, Kanada, Yaponiya, Cənubi Koreya və Avropadakı restoranlar üçün broylerlərin yetişdirilməsi zamanı "HPCIA"-dən istifadə olunmayacaq. 2019-cu ilin sonuna doğru bu məhdudiyyətlər Rusiya və Avstraliya üçün də tətbiq olunacaq. 2027-ci ilin yanvar ayına qədər isə antibiotiklər şirkətin bütün dünya üzrə məhsullarından kənarlaşdırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam