Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Eks-prezidentin oğlu həbs olundu

 

Misirdə hərbi çevriliş nəticəsində devrilən Məhəmməd Mursinin oğlu Abdullah  Bəni-Suveyf əyalətində həbs olunub.
"xeberinfo.com": Təhlükəsizlik xidmətinin məlumatına görə, Abdullah Qahirədən Asvana gedən qatarın Bəni-Suveyf stansiyasında həbs olunub. Haqqında məhkəmə qərarı olan Abdullahın qaçarkən tutulduğu bildirilir.
 
Qeyd edək ki, Mursinin digər oğlu Usamə “Feysbuk” sosial şəbəkəsində “Qardaşım Abdullah Bəni-Suveyfə gedən qatarda həbs olundu. O, yoldaşlarından birinin atasının iftar dəvətinə gedirdi. Onun qaçmaq fikri yox idi. Üstəlik üzərində şəxsiyyət sənədi də var idi”- deyə məlumat verib.
 
Xatırladaq ki, bu ilin martın 1-də Qahirənin şərqindəki əl-Ubur bölgəsində təhlükəsizlik xidməti Mursinin kiçik oğlu Abdullah və yoldaşını saxlamışdı. Üzərinə baxış zamanı marixuana aşkarlanan Abdullah nəzarətə götürülmüşdü. Məhkəmə martın 17-də  Abdullah və yoldaşının həbssiz mühakimə olunmasına qərar vermiş və barəsində “narkotik istifadə” ittihamı ilə mühakimə edərək qiyabi olaraq bir il həbs və 10 min cüneyh (təxminən min 500 dollar) pul cəzası kəsmişdi.
 
Xatırladaq ki, Mursi 2012-ci ildə Misir prezidneti seçilsə də 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam