Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Adalar xəritədən silinir:37 min insanın həyatı təhlükədədir (FOTOLAR)

Adalar xəritədən silinir:

 

Cənubi Amerikada əhali təşviş içərisindədir.

Yenixeber.org xarici KİV-ə istinadən xəbər verir ki, saatda 300 kilometr sürətlə irəliləyən İrma qasırğası Barbuda adası və Müqəddəs Martin adalarını xəritədən demək olar ki, silib. Sözügedən adalarda binaların 95 faizi dağılıb. Fəlakət nəticəsində 7 nəfər ölüb. Dağılan binalar arasında bölgənin 3-cü ən böyük hava limanı da var.

Dəhşətli qasırğa Puerto-Rikoya çatıb. Qaranlığa qərq olan ada ilə əlaqə tamamilə kəsilib. İrmanın 1928-ci ildən bəri adada görülən ən böyük qasırğa olduğu qeyd edilib.

Fəlakətdən sonra meydana gələn Joze fırtınasının da qasırğaya çevrildiyi və iki qasırğanın eyni anda Cənubi Amerikaya doğru irəlilədiyi bildirilib. Meksika körfəzində isə Katia qasırğası hökm sürür.

Atlantik okeanında illər sonra ilk dəfədir ki, 3 qasırğa eyni zamanda görülüb. Ölü sayının yaxın günlərdə daha da artacağı ehtimal edilir.

BMT 37 min insanın həyatının təhlükədə olduğunu açıqlayıb. İrmanın Puerto-Rikodan sonrakı növbəti hədəfi Dominikan Respublikasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam