Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Avropa İttifaqından Türkiyəyə "yaşıl işıq"

Avropa İttifaqından Türkiyəyə "yaşıl işıq"

 

Avropa İttifaqına daxil olan ölkələr Türkiyə-Aİ münasibətləri barədə açıqlamalar veriblər.

Yenixeber.org xarici mediaya istinadən xəbər verir ki, Estoniyada keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə nazirlər jurnalistlərə açıqlamalar verib. 

İngiltərə xarici işlər naziri Boris Conson "Türkiyə Aİ-dən uzaqlaşdırılmamalıdır, bizim böyük strateji əməkdaşımızdır. Bu ölkənin doğru yolda addımlaması üçün çalışmalıyıq" deyib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto "Türkiyənin iqtisadiyyatı çox sürətlə inkişaf eləyir. Türkiyə ilə strateji əməkdaşlıq Aİ-nin maraqları daxilindədir" fikirlərini səsləndirib.

İrlandiyanın xarici işlər və ticarət naziri Saymon Koveni "Türkiyə ilə əməkdaşlığımız davam etməlidir", İsveçrənin xarici işlər naziri Marqot Volström "Bu görüş türkiyəli həmkarlarımızı dinləmək üçün yaxşı fürsətdir", Belçikanın xarici işlər naziri Didier Reynders isə Aİ-Türkiyə əlaqələrinin çətin dövrdən keçdiyini, müzakirələrin dondurulması dövrünə gəldiyini deyib. 

Qeyd edək ki, Almaniya ilə Türkiyə arasında son dövrlər münasibətlər kəskinləşib. Almaniya kansleri Angela Merkel hətta Türkiyə ilə Aİ arasındakı müzakirələrin dayandırılmasını təklif etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam