Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Həmas tərksilah edilməlidir"

 

 

ABŞ dövlət katibi Con Kerri deyib ki, Qəzzada İsrail və "Həmas" yaraqlıları arasında üç həftədir davam edən münaqişəyə son qoyulması Həmas və başqa terrorçu təşkilatlarının tərksilah edilməsi ilə başa çatmalıdır.
 "Xeberinfo.com": ABŞ-ın baş diplomatı Qəzzada uzun müddətli atəşkəsə nail olmaq üçün qeyri-müvəffəq səylərdən sonra Yaxın Şərqə səfərdən Vaşinqtona qayıdıb. Con Kerri deyib ki, hərbi münaqişəyə son qoymaq üçün İsrail və fələstinlilər arasında atəşkəsin şərtlərinin qəbul ediləcəyinə inanır. Münaqişə nəticəsində çoxu Qəzzada mülki vətəndaşlar olmaqla mindən çox insan həyatını itirib.
Lakin Con Kerri İsrailin təhlükəsizliyinin təmin edilməsi üçün "Həmas"ın təkrsilah edilməli olduğunu deyib.
“Biz inanırıq ki, Qəzzada böhranın həllinə yönəlmiş hər hansı bir proses "Həmas" və bütün terrorçu qrupların tərksilah edilməsinə gətirib çıxarmalıdır. Biz İsrail, regional tərəfdaşlar və beynəlxalq ictimaiyyətlə bu məqsədin dəstəklənməsi üçün yaxından işləyəcəyik”-deyə Con Kerri bildirib.  
Con Kerinin sözlərinə görə, Amerika diplomatları uzun müddətli atəşkəsin prosesinin əldə edilməsi üçün yolların tapılması üzərində işləyir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam