Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Avropanın bu ölkəsi parçalanır:Vətəndaş müharibəsi...

Avropanın bu ölkəsi parçalanır:

 

Bu gün İspaniyanın iri şəhərlərində minlərlə insan Milli bayramı qeyd etmək üçün küçələrə axışıb

 

Yenixeber.org: Madrid və Barselonada ispanlar ölkə bayrağını qaldıraraq Kataloniya muxtariyyəti əleyhinə şüarlar səsləndiriblər.

Nümayişçilər arasında olan radikal milliyətçilər diktator Franko dönəmindəki simvolları nümayiş etdirərək Kataloniya bayraqlarını yandırmağa başlayıblar.

Nəticədə bununla barışmayan kataloniyalı aktivisitlər ispanların üzərinə hücum çəkib.

Qruplar arasında baş verən dava zamanı 5 nəfərin yaralandığı bildirilib.

Hadisə iştirakçılarından 3-ü polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, son zamanlar Kataloniya muxtariyyətinin müstəqillik cəhdləri İspaniyada siyasi-ictimai vəziyyəti olduqca gərginləşdirib.

Hətta bəzi ekspertlər yaxın zamanda tərəflər arasında kompromisin tapılmayacağı təqdirdə ölkədə vətəndaş müharibəsinin başlayacağının qaçılmaz olacağını bildirirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam