Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Avstriyada türklərə qarşı çirkin əməl –VİDEO

Avstriyada türklərə qarşı çirkin əməl –

 

Türkiyənin Avstriyadakı konsulluğu Vyana hava limanına gedərək, məsələni yerində araşdırıb

 

Yenixeber.org: Avstriyadan Türkiyəyə gəlmək üçün Vyana hava limanında təyyarə gözləyən türklər çirkin davranışla üzləşiblər. Yerli polis yanlarında gəzdirdikləri köpəkləri türk sərnişinlərin üzərinə salıb.

Hadisə 13 oktyabrda baş verib. Polisin çirkin rəftarı, sosial şəbəkələrdə sürətlə yayılan videoya reaksiya sərt olub.

Avstriya polisi türk sərnişinlərə "üstünüzdə nə qədər pul var" sualını verib.

Son olaraq, Türkiyənin Avstriyadakı konsulluğu Vyana hava limanına gedərək, məsələni yerində araşdırıb. Hadisənin təfərrüatları barədə hələlik açıqlama verilməyib.

Həmin hadisə Atatürk hava limanında da təkrarlandı. Belə ki, oktyabrın 20-də Türkiyədən Vyanaya uçan türk sərnişinləri də itlər vasitəsi ilə yoxlanıldıqdan sonra təyyarəyə buraxılıblar. Maraqlısı isə odur ki, Bu cür yoxlamalar digər ölkə vətəndaşlarına tətbiq olunmayıb.

Hadisə diplomatik qalmaqala səbəb olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam