Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Xorvatiya prezidenti səfirimizi təltif etdi -Foto

Xorvatiya prezidenti səfirimizi təltif etdi -

 

 

 

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyevi ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsindəki xidmətlərinə görə Xorvatiyanın ali ordenlərindən biri “Lent ilə olan Knyaz Branimir Ordeni” ilə təltif edib

“Yenixeber.org:" Lent ilə oıan  Knyaz Branimir Ordeninin” təqdim edilməsi mərasimində çıxış edən Prezident K.Q.Kitaroviç Azərbaycan ilə Xorvatiya arasında mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndirib, Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş salamlarını çatdırıb. Prezident Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidentini yaxın zamanlarda Xorvatiyada qarşılamaq arzusunda olduğunu bildirib.

Kamil Xasiyev Prezident İlham Əliyevin və Prezident Kolinda Qrabar-Kitaroviçin qarşılıqlı fəaliyyətlərinin, eləcə də hər iki ölkənin Xarici İşlər nazirliklərinin və səfirliklərinin əməkdaşlığının nəticəsi olaraq Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin qurulduğunu vurğulayıb. O, Azərbaycan ilə Xorvatiya arasında mövcud olan dostluq münasibətlərinin daim yüksələn xətt ilə inkişaf edəcəyindən əminliyini bildirib.

Qeyd edək ki, 879-892-ci illər ərzində Xorvatiyaya rəhbərlik edən Knyaz Branimirin şərəfinə olan orden 1995-ci il aprelin 1-də təsis olunub. Orden Xorvatiyanı beynəlxalq aləmdə təşviq edən şəxslərə, o cümlədən bu istiqamətdə vacib töhfə verən diplomatlara təqdim olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam