Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyə-Ermənistan sərhəddi açılmayacaq

 

Bu iddiaları Türkiyə prezidentinin müşaviri şərh edib

 

“Sentyabr ayında Ermənistanla sərhədin açılacağına dair iddianın heç bir əsası yoxdur”. 
"Xeberinfo.com": Bu sözləri APA-nın Türkiyə müxbiri ilə söhbətində Türkiyə prezidenti yanında xarici məsələlər üzrə məşvərət şurasının üzvü, səfir Gürcan Türkoğlu deyib.
“Türkiyə-Ermənistan sərhədinin sentyabrda açılacağına dair Türkiyə mətbuatında iddialar ortaya atılır. Bunlara nə dərəcədə inanmaq olar?” - sualına G. Türkoğlu belə cavab verib: “Bu xəbərlərin heç bir əsası yoxdur. Xarici İşlər Nazirliyinin bunu təkzib etməsi də iddiaların boş olduğunun göstəricisidir. İğdırdan Ermənistanla sərhəddəki Əlican gömrük məntəqəsinə qədər olan yola asfalt döşənməsi sərhədin açılması üçün deyil, bölgədəki əhalinin rahat hərəkət edə bilməsi üçün edilib”.
Qeyd edək ki, səfir Gürcan Türkoğlu A. Gülün istər xarici işlər naziri, istərsə də prezident olduğu dövrdə ona ən yaxın diplomatlardan biri olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam