Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Prezidentin oğlu separatçılarla döyüşür

 

    Ukrayna prezidenti Petro Poroşenkonun böyük oğlu, 29 yaşlı Aleksey Poroşenko ölkənin cənub-şərqində - antiterror əməliyyatı zonasında xidmət edir. musavat.com-un Ukrayna qaynaqlarına istinadən verdiyi xəbərə görə, Vinnitsk Vilayət Sovetini deputatı olan Aleksey 3 aylıq oğlunu, xanımı Yuliyanı evdə qoyaraq gizli şəkildə döyüşə gedib. 

     "Xeberinfo.com": Məlumatlar görə, 4 həftə öncə o hərbi xidmətə çağırış vərəqəsi alıb. “Mümkündür ki, döyüşçülər arasında o, başqa ad-soyadla tanınır”, - deyə informasiyada bildirilir. Antiterror əməliyyatının rəhbəri Yuriy Tandit xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Aleksey Poroşenko özünü sadə, pafossuz aparır. Maraqlıdır ki, prezidentin özü oğlunun hərbi xidmətdə olması barıdı heç yerdə heç nə deməyib. 
Qeyd edək ki, parlamentin spikeri Aleksandr Turçinovun 21 yaşlı oğlu Kirilə, müdafiə naziri Valeri Geletayın böyük oğlu Aleksandra da bildiriş gəlib. Daxili işlər naziri Arsen Avakovun 25 yaşlı oğlu Aleksandr isə “Kiyev 1” batalyonunda qulluq edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam