Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Tanınmış hüquq müdafiəçisi ölü tapılıb

Tanınmış hüquq müdafiəçisi ölü tapılıb

 

 

Kiyev ətrafında üç gün əvvəl itkin düşən ukraynalı hüquq müdafiəçisi İrina Nozdrevskayanın meyiti tapılıb

 

Yenixeber.org: Bu barədə “Ukrayna 112” telekanalına DİN nümayəndəsi İlya Kiva məlumat verib.

İlkin istintaq zamanı məlum olub ki, meyiti körpüdən atıblar. Hüquq-mühafizə orqanları hadisəni İrinanın peşəkar fəaliyyəti ilə əlaqələndirirlər. 

Qeyd edək ki, İ. Nozdrovskayanın bacısını 2015-ci ildə Vışqorod Rayon Məhkəməsinin hakimi Dmitri Rossoşanskinin əmisi oğlu avtomobillə vurub öldürmüşdü. Sonradan məlum olub ki, sürücü hadisə zamanı içkili olub. Hüquq müdafiəçisi iki il ərzində bu işi araşdırırdı. 

2017-ci ildə Nozdrovskaya Rossoşansikinin cəza almasına nail olub. Sonuncu yeddi il müddətinə azadlıqdan məhrum edilib. 

Qadının qohumlarının sözlərinə görə, hakimin yaxınları Nozdrovskayanı dəfələrlə hədələyiblər. 

Hüquq müdafiəçisinin itkin düşməsi barədə dekabrın 29-da məlum olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam