Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İran hadisələri:həbsxanada ölənlərin sayı 5-ə çatdı

İran hadisələri:

 

 

İrandakı etiraz aksiyalarına görə həbs edilən və həbsxanalarda ölən etirazçıların sayı 5-ə çatıb

 

Yenixeber.org: Bunu “Azadlıq radiosu”nun İran bölməsinə açıqlamasında iranlı hüquq müdafiəçisi Nəsrin Sütudə söyləyib.

“Məndə olan məlumatlara görə, 22 yaşlı Sina Qənbəridən başqa, gənc aksiyaçılar Möhsün Adili və Vəhid Heydəri Dezful Ərak zindanında ölüb. Bundan başqa, adları hələlik bəlli olmayan 2 nəfər isə Tehranın Evin zindanında naməlum səbəblərdən həyatlarını itiriblər. Hazırda məsələnin mahiyyətini araşdırmaqla məşğuluq”, - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə etiraz aksiyalarında iştirak edən 22 yaşlı etirazçı Sina Qənbərinin işgəncələr altında qətlə yetirilməsinə dair məlumat yayılıb. Bu məlumatı sonradan İran rəsmiləri də təsdiqləyib. Onlar Qənbərinin özünü ayaq yolunda asaraq öldürdüyünü bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam