Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Özbəkistan hökuməti yanan avtobusla bağlı hərəkətə keçdi

Özbəkistan hökuməti yanan avtobusla bağlı hərəkətə keçdi

 

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstanda içərisində bu ölkənin vətəndaşları olan avtobusun yanması və çoxsaylı insan tələfatı ilə bağlı xüsusi hökumət komissiyası yaradıb

 

Yenixeber.org: Artıq Özbəkistan Müdafiə Nazirliyinin təyyarəsi Qazaxıstanda avtobus qəzasında həlak olanların nəşini gətirmək üçün Aktubiynsk uçub. Təyyarədə Hökumət Komissiyasının üzvləri, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, həkimlər, Xarici İşlər Nazirliyinin əməkdaşları var.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hadisə ilə bağlı Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə başsağlığı verib.

Xatırladaq ki, Qazaxıstanın Aktyubinsk vilayətində sərnişin avtobusunun yanması nəticəsində 52 nəfər ölüb. Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulovun sözlərinə görə, “İkarus” markalı avtobus hərəkətdə olarkən alışıb. Yanan avtobusdan yalnız beş nəfər sağ çıxa bilib.

Hadisə Çimkənt-Samara avtomobil trasında baş verib. Özbəkistandan Rusiyaya gedən avtobusda 54 Özbəkistan və 3 Qazaxıstan vətəndaşı olub. Ölənlərin hamısı Özbəkistan vətəndaşlarıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam