Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Sabah Ukrayna atəşkəs elan edəcək

 

   Sabah saat 14.00-dan etibarən Ukraynada atəşkəs elan olunacaq.
  "Xeberinfo.com": APA-nın xəbərinə görə, bunu Ukrayna prezidenti Petro Poroşenko NATO-nun sammitinin keçirildiyi Uelsdə bəyan edib.
 
Ukrayna prezidenti bu qərarı Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Barak Obama, İngiltərənin baş naziri Devid Kemeron, Fransanın dövlət başçısı Fransua Olland və İtaliyanın baş naziri Matteo Renzi ilə beştərəfli görüşdən sonra mediaya açıqlayıb.
 
O bəyan edib ki, Ukrayna heç vaxt savaş istəməyib və torpaqlarına sülhün gəlməsi üçün mümkün olan hər şeyi edəcək. Sülhə doğru atılan ilk addımın atəşkəs olduğunu bildirən Petro Poroşenko, Ukrayna-Rusiya-ATƏT və separatçıların təmsilçilərinin iştirakı ilə təmas qrupunun sabah Minskdə fəaliyyətə başladığı vaxt, yəni, saat 14.00-da orduya atəşkəs əmri veriləcəyini deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam