Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ərdoğandan Obamaya xəbərdarlıq

 

ABŞ prezidenti Barak Obama ilə 17 aydan sonra bir araya gələn Türkiyə prezidenti Ərdoğan arasında gərgin görüş olub.

 

"Xeberinfo.com": Məlumata görə, görüş zamanı Ərdoğan Obamaya xəbərdarlıq edərək ABŞ-ın İraqa silah göndərməsinin çox pis nəticələri olacağını deyib.

 

Ərdoğan “Buradan buraxılan silahlar bu gün İŞİD-in əlindədir”, -deyə, qeyd edərək silahların İraq ordusunun yox, İŞİD-in işinə yarayacağını qeyd edib.

 

Eyni zamanda Ərdoğan Türkiyənin proseslərdən kənarda qalmadığını, hadisələrin qulağının dibində olduğunu bildirib:

 

“Silahlardan bizə qarşı istifadə oluna bilər. Belə olan halda bölgədə məzhəb qarşıdurmaları qızışacaq”.

 

Türkiyənin İraqda yaradılacaq “Könüllülər koalisiyası”na müsbət baxmadığını söyləyən Ərdoğan koalisiya deyil, ittifaq qurulmasını təklif edib: “Koalisiya deyil, ittifaq qurulmalıdır. Yaradılacaq koalisiyanın Bağdad rəhbərliyinə silah verməsinə qarşıyıq. İŞİD-ə qarşı yaradılacaq koalisiya Əsədi gücləndirə bilər. Bunun nəticəsində İŞİD-in əlində olan vətəndaşlarımız da zərər görə bilər. Vətəndaşlarımızın amerikalı jurnalistlər kimi öldürülməsini istəmirik. Bizi bu mövzuda anlamanızı gözləyirik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam