Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyə 830 avropalını ölkədən çıxardı

 

Türkiyə hakimiyyəti son iki il ərzində 830 Avropa ölkələri vətəndaşlarını deportasiya edib.

    "Xeberinfo.com": Məlumata görə, bunlar İŞİD terrorçu qruplaşmasına qoşulmaq üçün Suriya və İraqa getmək istəyən avropalı vətəndaşlar olub.

Son aylar ərzində Avropa xüsusi xidmət orqanları ilə Türkiyə arasında əməkdaşlıq yaranıb.

Belə ki, avropalılar özlərinin terrorçulara qoşulmaq niyyətində olan şəxsləri haqqında məlumatlarını Türkiyə ilə bölüşməyə başlayıblar. İnterpolun məlumatına görə, bu siyahıda 4 min 700 adam var.

Türkiyə aeroport, liman, dəmir yol vağzallarına, Suriya və İraqla sərhəddəki keçid məntəqələrinə xüsusi diqqət edəcək. Təkcə elə İstanbul aeroportunda 2014-cü ilin may ayından bu yana 240 şübhəli şəxs saxlanılıb ki, onların 56 nəfəri deportasiya olunub, qalanları sərbəst buraxılıb.

Qeyd edək ki, İŞİD-nin əsas təlim bazası Suriyada – Türkiyə sərhədinə yaxın olan Atme kəndində yerləşir. Məhz bu və buna bənzər düşərgələr vasitəsilə terrorçulara qoşulmaq üçün 1000 Türkiyə vətəndaşı keçib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam