Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ABŞ ikinci Suriya ordusu yaradır

 

İngiltərənin nüfuzlu “Tayms” qəzeti Ciddədə təşkil olunan zirvədə Türkiyənin İŞİD-ə qarşı hücumlara qatılmayacağını, lakin Suriyada müxaliflərə təlim keçəcəyi iddiası ilə çıxış edib.

"Xeberinfo.com": Məlumata görə, qəzet ABŞ-ın dəstəyi ilə Türkiyə, Səudiyyə Ərəbistanı və İordaniyanın İŞİD-ə qarşı mübarizə apara biləcək ikinci Suriya ordusu yaradacağını qeyd edib.

Bir müddət öncə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli şəkildə İordaniyada Azad Suriya Ordusunun 4 min döyüşçüsünə təlim verdiyini xatırladan qəzet indi bu təlim-təhsil proqramının üç ölkədəki bazalar ilə genişləndiriləcəyini qeyd edib. Bununla da Türkiyənin yaxınlaşmaqda olan Yaxın Şərq müharibəsində aktiv deyil, passiv mövqedən çıxış edəcəyi, ABŞ-ın bu əməliyyatlarda Türkiyənin cənub sərhədlərindən istifadə edəcəyi vurğulanıb.

Qəzet Türkiyənin Ciddə zirvəsində 49 girovuna görə əməliyyatlardan imtina etməsini yalnız üzdə görünən səbəb kimi qiymətləndirib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam