Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Facebook-u silmək vaxtıdır?

 Facebook-u silmək vaxtıdır?

 

"Facebook"un 4 il öncə 19 milyard dollara aldığı messajlaşma şirkətinin təsisçilərindən olan Brayn Akton "Facebook"dan istifadə etməyin dayandırılmasının vaxtı çatdığına inanır

Yenixeber.org: Brayn bu barədə "Twitter"də çox uzatmadan qısa bir tweet edib: "It is time. #deletefacebook" (Vaxtdır. #facebookusilin).

Qeyd edək ki, Donald Trampın prezidentlik kampaniyasına dəstək verən və prezidentlə əlaqələri olan məlumat-analitika şirkəti "Cambridge Analytica" "Facebook"la əməkdaşlıq edərək 50 milyon Facebook istifadəçisinin şəxsi məlumatlarından icazəsiz istifadə edilməsi nəticəsində dünya mediasında qalmaqal yaranmışdır. Maraqlı tərəfi budur ki, Facebook-un təsisçisi Mark Zukerberq yaranmış məsələ ilə bağlı münasibət bildirmək istəmir və ortada görsənmir. Nəticədə, "Facebook"un səhm dəyəri 10% aşağı düşmüş və "deletefacebook" həştəqi istifadəçilər arasında gündəmə çevrilmişdir.

"Facebook" Aktonun da təsisçisi olduğu mesajlaşma mobil tətbiqi olan "WhatsApp"ı 2014-cü ilin fevral ayında 19 milyard dollara satın aldı və bu, "Facebook"un tarixində ən böyük anlaşma hesab edilir. Akton 2017-ci ilin sentyabr ayında "Facebook"dan ayrılaraq şəxsi qeyri-kommersiya şirkətini təsis etdi.

Aktonun digərlərini "Facebook"u silməyi məsləhət gördüyünü və ya sadəcə olaraq özünün silmək planının olmasını bəyan etməsi tam bəlli deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam