Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gürcüstanda xüsusi əməliyyat keçirilib, 3 "kriminal avtoritet" saxlanılıb

 

 

Gürcüstan Daxili İşlər Nazirliyi aprelin 19-da Avropol ilə birgə ölkə ərazisində xüsusi əməliyyat keçirib

 

Yenixeber.org: Tbilisidə və Siqnaxi rayonu ərazisində aparılan əməliyyatlar nəticəsində “kriminal aləm”in üç üzvü həbs olunub.

DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Departamentinin Mərkəzi Kriminal Polisinin rəisi Mamuka Çelidze bu gün keçirdiyi mətbuat konfransında deyib ki, saxlanılan şəxslərin Avropadakı “qanuni oğrular"la sıx əlaqələri olub və onlardan "kriminal aləm"də qəbul olunmuş qaydalar əsasında tapşırıqlar alıb, yeni cinayətlər törədiblər.

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar dəstənin üzvü Dmitri Çrelaşvilini Maxata dağında, Qivi Beqiaşvilini Siqnaxi rayonunun Dzveli Anaqa kəndində, Kaxa Bejitaşvilini isə paytaxt Tbilisidə yaxalayıblar. Onlar Avropadakı “qanuni oğrular” - Malxaz Zedelaşvili, Kaxa Şavliaşvili, Abesalom Papiaşvili və Qeorqi Xatiaşvili ilə əlaqədə olublar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam