Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Prezidenti tənqid edən deputatın mikrofonu söndürüldü

 

68678_res_01

        Ermənistan parlamentində qalmaqal yaşanıb

    "Xeberinfo.com": Virtualaz.org “Novosti Armenii”-news.am saytına istinadən bildirir ki, 4 gün davam edəcək parlament müzakirələrinin əvvəlində müxalifətçi “İrs” Partiyasının təmsilçisi Zarui Postandcyanın çıxışı zamanı mikrofonu söndürülüb.

Buna səbəb isə xanım siyasətçinin Sərkisyanı prezident kimi tanımaması olub. Deputat “ilk olaraq demək istəyirəm ki, Serj Sərkisyan Ermənistanın prezidenti deyil, ancaq sizin qruplaşmanın rəhbəridir”fikirlərini səsləndirib.

Bu zaman Ermənistanın hakim Respublikaçılar Partiyasının deputatları onun sözünü kəsməyə çalışıblar.

Xanım deputatın “əgər o prezidentdirsə, parlamentə əmr vermək haqqı yoxdur”sözlərindən sonra isə mikrofonu vitse-spiker Eduard Şarmazanov tərəfindən söndürülüb.

Mikrofonu söndürməmişdən əvvəl vitse-spiker deyib: “Əzizim, mən yatmıram və hər şeyi görürəm. Ona görə də fikirləşirəm ki, mikrofonunuzu necə söndürüm. Siz də çalışın, hamımız kimi, etika çərçivəsindən kənara çıxmayasınız”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam