Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Avropa tərəfdarları seçkidə qalib gəldi

 

Sechki (1)

 

Ukrayna Ali Radasına oktyabrın 26-da keçirilmiş seçkinin ilkin nəticələri açıqlanıb.

  "Xeberinfo.com":  450 nəfərlik parlamentin 225 deputatı proporsional sistemlə – partiya siyahılarına əsasən seçilir. Siyasi partiya Ali Radaya keçmək üçün seçicilərin ən azı 5 faizinin səsini toplamalıdır.

İlkin nəticələrə görə, baş nazir Arseni Yatsenyukun partiyası – Xalq Cəbhəsi 21,68% səslə öndə gedir. Prezident partiyası – Poroşenko bloku 21,65% səs toplayıb.

“Samapomoş” bloku 10,43% səslə üçüncü sırada dayanır. Müxalif blok 9,57% nəticə göstərir.

Radikal Partiya 8,15%, sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” bloku 5,92% səs toplayıb.

Parlamentin qalan 225 nəfəri majoritar sistemlə seçilməlidir. Amma işğala görə Krımın 12, Donbasın 15 dairəsində seçki keçirilməyib.

Seçkinin ilkin nəticələrini şərh edən prezident Pyotr Poroşenko Avropaya inteqrasiya tərəfdarı olan qüvvələrin böyük uğur qazandığını və son 96 ildə ilk dəfə kommunistlərin parlamentdən kənarda qaldığını vurğulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam