Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Almaniyada toqquşma

 

img1665061

 

 

 

 

 

Almaniyada radikal-sağ xuliqanların islam ekstremistləri əleyhinə keçirdiyi aksiyada polis ilə etirazçılar arasında toqquşma baş verib. Hökumət qüvvələri su şırnağı və gözyaşardıcı qazla daş atan etirazçılara müdaxilə edib.

"Xeberinfo.com":ANS PRESS-in məlumatına görə, 2500-dək radikal futbol azarkeşi “xuliqanlar sələfilərə qarşı” şüarı ilə Qərbi Köln şəhərinə toplaşıb, 500-ə yaxın sol və anti-faşizm əleyhinə etirazçı da aksiyaya qoşulub.

Şahidlər sosial şəbəkələrdə yazıblar ki, ötən gündən başlayan gərginlik getdikcə artıb. Sağyönümlü etirazçılar “əcnəbilər, çıxın gedin!” şüarları səsləndiriblər. Daş, şüşə qab və fişəng atan etirazçılara qarşı dəbilqə geymiş polis bibər qazı, təzyiqli su, dubinka və zirehli nəqliyyatla müdaxilə ediblər.

Xatırladaq ki, oktyabrın əvvəlində Almaniyada Şimali İraq və Suriyada İŞİD terror qrupunun yaratdığı münaqişəyə görə kürdlərlə radikal müsəlmanlar arasında toqquşma olub. Aksiya şimaldakı Hamburq şəhəri və digər yerləri əhatə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam