Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Mercedes” istehsalçısı 3,75 milyard avro cərimələnə bilər

 Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi “Daimler” konserninin avtomobillərində qadağan edilmiş 5 proqram aşkarlayıb

Yenixeber.org: Həmin proqramlar mühərrikdən çıxan zərərli qazların təmizlənməsi sisteminin fəaliyyətini dayandırır.
Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi bu proqram funksiyaları ilə “Avro-6″ normalarına uyğun istehsal edildiyi bəyan olunan 1 milyona qədər dizel mühərrikinə malik avtomobilin təchiz edilməsindən şübhələnir. “Daimler” konserninin mətbuat xidməti Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi ilə şəffaf və geniş əməkdaşlıq etdiklərini açıqlayıb. Bununla belə, “Daimler” konserni araşdırmanın mühərrikdən çıxan zərərli qazların təmizlənməsi sisteminin fəaliyyətini dayandıran proqramlara bağlı olduğunu təkzib edib.
“Daimler” rəhbəri Diter Tsetşe iyunun 11-də Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsində avtomobillərdə mühərrikdən çıxan zərərli qazların təmizlənməsi sisteminin fəaliyyətini dayandıran qadağan edilmiş proqramlara bağlı məsələyə aydınlıq gətirməlidir. Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi bundan əvvəl 750 min “Mercedes” markalı avtomobildə belə proqramların quraşdırıldığının ehtimal edildiyini açıqlayıb. Əgər bu təsdiqini taparsa, konserni 3,75 milyard avro cərimə gözləyir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam