Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İŞİD-ə daha bir zərbə...

İŞİD-ə daha bir zərbə...

 

    Qruplaşmanın Mosuldakı əsas adamı, Mosul şəriət məhkəməsinin başçısı naməlum sui-qəsdçilər tərəfindən öldürülüb

 

    "Xeberinfo.com": İŞİD-in Mosulda qurduğu şəriət məhkəməsinin sədri öldürülüb. Türkiyə mətbuatı yazır ki, İraq kəşfiyyatından verilən məlumata görə, üzü maskalı qəsdçilər Mosulda İŞİD adına fətva verən, yəni şəriət məhkəməsinin rəhbəri Üsamə Əbdülvəhhab Taibini güllələyərək öldürüb. Hələlik sui-qəsdin hansı qruplaşma tərəfindən törədildiyi bilinmir.
    Qeyd edək ki, İraqın ikinci böyük şəhəri Mosul bu il iyun ayında İŞİD tərəfindən işğal olunub. 
   Şəhərdə şəriət idarəçiliyi formalaşdırılıb. Şəriət məhkəməsi qaydalara əsasən ərazidə islam adına hökm verən əsas şəxs, hakimdən sonra ikinci yüksək rütbə hesab olunur. Sui-qəsd hadisəsi İraqın İŞİD-in nəzarəti altında olan bölgələrində qisas əməliyyatlarının başladığını göstərir. 
   Yeri gəlmişkən, oktyabrın 27-də bir qrup silahlı Mosulda İŞİD komandirlərindən olan Əbu Hüzeyfənin evinə hücum edərək onun özünü və 17 mühafizəçisini qətlə yetirib. Hücumdan sonra qruplaşma üzvləri qaçıb. Bu əməliyyatın məsuliyyətini Suiryada yaradılan “ağ kəfənlilər” qisas qrupu öz üzərinə götürmüşdü. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam