Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Əfqanıstanda “Taliban”la qarşıdurma – 19 ölü

  

Əfqanıstanda “Taliban”la qarşıdurma – 19 ölü
Bu gecə Əfqanıstanın Baqdis və Tahar əyalətlərində “Taliban” hərəkatı ilə Əfqanıstan Silahlı Qüvvələri və polisi arasında yaşanan silahlı qarşıdurma nəticəsində 19 nəfər ölüb.
 Yenixeber.org: Bu barədə “Ariana News” telekanalı yerli polisə istinadən məlumat yayıb. 

Bildirilir ki, Baqdisin qərb hissəsinə hücum təşkil edən “Taliban”ın dayandırılması üçün Əfqanıstan ordusunun hərbçiləri göndərilib. Terrorçularla qarşıdurmada 11 əfqan hərbçisi ölüb. Qarşı tərəfin itkisi barədə dəqiq məlumat yoxdur. 

Tahar əyalətində isə “Taliban” Əfqanıstan polisinin 8 əməkdaşını güllələyərək, daha sonra cəsədlərini yandırıb. 

“Taliban” polislərin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürsə də, onların sayının 8 yox, 9 olduğunu bildirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam