Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Ermənilər Azərbaycan torpaqlarını tərk etməlidir" - Binəli Yıldırım

"Ermənilər Azərbaycan torpaqlarını tərk etməlidir" - Binəli Yıldırım

“Dünya çətin dönəmdən keçir. Ölkələr arasındakı əlaqələr çətin vəziyyətdədir”
 
 Yenixeber.org: Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı deyib.

O, bildirib ki, dünyada gərginliyin azaldılmasına ehtiyac var: “Azərbaycan və Türkiyə bu məsələdə çox yaxşı bir örnəkdir. İki ölkə arasındakı qərarlı və sabit işbirliyi, münasibətlərin inkişafına böyük töhfə verməkdədir. Azərbaycanın sabitliyi, hüzuru, təhlükəsizliyi təqdirəlayiqdir. Müxtəlif dinlərin və mədəniyytlərin sülh içərisində birlikdə yaşadığı bu torpaqlar Qafqazdakı digər dövlətlərə də nümunədir”. 

Çıxışında Qarabağ məsələsinə toxunan Yıldıırm deyib: “Bölgənin ən önəmli problemi Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələyə daimi həll tapılmadan Qafqazlarda qarşıdurma riskini aradan qaldırmaq mümkün deyil. Türkiyə lap əvvəldən Azərbaycanın mövqeyini dəstəkləyir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını şərtsiz tərk etməlidir. Bu torpaqlar Azərbaycanındır. Dünən belə idi, əbədiyyən belə olacaqdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam