Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rusiyanın xəbərdarlığı NATO-nu təşvişə saldı- Havada TƏHLÜKƏLİ OYUNLAR

Rusiyanın xəbərdarlığı NATO-nu təşvişə saldı - Havada TƏHLÜKƏLİ OYUNLAR

Rusiyanın iki “Tu-160” bombardmançısı genişmiqyaslı təlimlərdə NATO-nu təşvişə salıb.

Yenixeber.org: Bu haqda “Russian Today” telekanalının saytı yazıb.

Qeyd edilir ki, Rusiya bombardmançılarının müşayiəti üçün havaya Böyük Britaniya qırıcıları qaldırılıb.

Ötən gün Rusiyanın Müdafiə Nazirliyi açıqlamışdı ki, iki hərbi təyyarə Barents və Norveç dənizləri üzərində on saatlıq plan uçuşu həyata keçirib. İdarədən vurğulayıblar ki, təyyarələr başqa dövlətlərin sərhədlərini pozmayıb və uçuşlar hava məkanından istifadə üzrə beynəlxalq qaydalara uyğun yerinə yetirilib.

Bundan başqa, NOTAM təşkilatını Norveç dənizi üzərində 1-3 noyabr tarixində keçirəcəyi uçuşlarla bağlı xəbərdar edib. “Russian Today” bildirir ki, bu xəbər də həmçinin, NATO-nu təşvişə salıb.

Plana uyğun olaraq, “Tu-160”-lar Norveç sahillərinə 13,9 dəniz mil məsafəyə qədər maksimal yaxınlaşacaq. Ancaq, telekanal qeyd edir, uçuşlar Şimali Atlantika İttifaqının manevrləri zonalarında keçirləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam