Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Nizamlanma prosesinin uzanması bizi də narahat edir

 

“Bazel görüşü çərçivəsində mən bütün nazirlərlə görüşüb onlarla fikir mübadiləsi aparmağa çalışacam"

"Xeberinfo.com": “Dağlıq Qarabağ münaqişəsi həlli vacib olan məsələlərdən biridir və nizamlanma prosesinin uzanması bizi də narahat edir”.APA-nın İsveçrəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didier Burkhalter bunu ATƏT XİN başçıları Şurasının Bazel görüşündən öncə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, münaqişə ilə bağlı fikirlərini, tövsiyələrini Azərbaycan və Ermənistan XİN başçılarına bundan əvvəl də bildirib: “Bazel görüşü çərçivəsində mən bütün nazirlərlə görüşüb onlarla fikir mübadiləsi aparmağa çalışacam. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi məşğul olmaq üçün zaman məhdudiyyəti olsa da, bu prosesi izləyirik və tərəflərin vəziyyəti yaxşı qiymətləndirməsinə, gərginliyi azaltmaq və nizamlanmaya nail olmaq üçün müsbət addımlar atmasına ümid edirik”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam