Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

TAP-ın ofisinə hücum edildi

 

İtaliyanın Melandugno əyalətinin Leççe şəhərində bir qrup anarxist Azərbaycan qazının Avropaya nəqli üçün yaradılan TAP kəməri konsorsiumumun ofisinə hücum edib. 

"Xeberinfo.com": Məlumata görə, virtualaz.org saytı “Corriere del Mezzogiorno“ adlı İtaliya nəşrinə istinadən xəbər verir ki, bu gün səhər saat 10:45 radələrində  Sant’Oronzo meydanı yaxınlığında, şəhərin mərkəzindəki çoxmərtəbəli “Digos” ofis mərkəzinin yuxarı mərəbəsində yerləşən ofisə daxil olan anarxistlər içəri TAP layihəsi əleyhinə vərəqələr ataraq qaçıblar.
Onların binaya girişini və çıxışını videomüşahidə kameraları qeydə alıb.
“Digos”un koordinatoru Rafallo Attanasi bildirib ki, bu görüntülər artıq polisə təhvil verilib və ofisə soxulanların kimliyini müəyyənləşdirmək üçün araşdırmalar gedir.
Bu insidenti TAP-a qarşı bundan əvvəl keçirilən aksiyaları araşdıran müstəntiqlər araşdırır.
Xatırladaq ki, İtaliyada TAP kəməri əleyhinə etiraz aksiyaları və kampaniyalar keçirilir. Salento əyalətinin yerli bələdiyyələri və ekoloji təşkilatlar bu layihənin əleyhinə çıxırlar. Onlar hesab edirlər ki, TAP-ın İtaliya sahillərindən çəkiləcək hissəsi ətraf mühitə ziyan vuracaq və zeytun bağlarını məhv edəcək.
Bu günlərdə isə məlum olub ki, Melandugno əyalətinin polisi TAP üçün ərazilərin alınmasında korrupsiyaya yol verildiyinə dair araşdırmalar aparır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam