Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistanda əsgərlərin ehtiyata buraxılması dayandırılıb

 

Ermənistan ordusunda əsgərlərin ehtiyata buraxılması dayandırılıb. 
"Xeberinfo.com":  Məlumata görə, bu barədə erməni mətbuatı yazır. 

Xəbərdə bildirilir ki, 2012-ci ilin noyabr-dekabrda həqiqi hərbi xidmətə çağırılanlar xidmət müddətini başa vursalar da, ordudan ehtiyata buraxılmayıblar. Bu isə həmin əsgərlərin ailələrində narazılıqlara səbəb olub.
Onların sözlərinə görə, orduda əsgərlərin ehtiyata buraxılmasının səbəbi onları əvəz edəcək yeni çağırışçıların sayında olan çatışmazlıqlardır. Bundan başqa əhali qorxuya düşüb ki, ordu yeni müharibəyə hazırlaşır. Ona görə də gənc ermənilər orduya getməkdən çəkinirlər. Məhz buna görə də yeni çağırışçılarla bağlı çatışmazlıqlar yaranıb. Orduda xidmət edənlər də ehtiyata buraxılmaq istəyirlər.

Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi də açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan bildirib ki, əsgərlərin ehtiyata buraxılmasının dayandırılmasının səbəbi yeni çağırışçıların sayında olan çatışmazlıqlarla bağlı deyil: "Həqiqi hərbi xidmət müddətini başa vurmuş əsgərlər bir-iki həftəyə evə buraxılacaqlar". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam