Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Keçmiş nazirlərə ömürlük maaş veriləcək

 Hökümət nazirlərin səfil olmamaları üçün ödəniş edəcək.

 

Yenixeber.org: Demokratik Konqo Respublikasında hökümət nazirlərə ömür boyu maaş və digər avantajların verilməsini nəzərdə tutan qərarı müdafiə edib.

Hökümət açıqlamasında bildirib ki, bu maaşlar həmin siyahıya düşəcək məmurları varlı etməyəcək.

Keçmiş nazirlərə ən azı 2 min dollar maaş verilməsini nəzərdə tutan 2 qərarın böyük tənqidlərə səbəb olub.

Demokratik Konqo Respublikasında xalqın çox böyük qismi yoxsulluq içində yaşayır.

Hökümət maaşların nazirlərin qida, yaşama və sağlıq kimi minimum ehtiyaclarını təmin etmək üçün veriləcəyini bildirib.

Xüsusilə hökümətin nazirlərin səfil olmamaları üçün ödəniş edəcəyini vurğulayıb.

Vəzifədən getməyə hazırlaşan baş nazir Bruno Tshibalanın keçən ilin noyabr ayında imzaladığı qərar qısa müddət əvvəl aşkarlanıb.

İlk qərarda keçmiş baş nazirlərə vəzifədəki baş nazirin aldığı maaşın 30%-nin ödənməsi, ildə bir dəfə business class təyyarə bileti və aylıq 5 min dollar yaşama yardımı verilməsini nəzərdə tutur.

İkinci qərarda isə keçmiş nazirlərə vəzifədəki nazirlərin aldığı maaşın 30%-nin ödənməsi, aylıq min dollar yaşayış yardımı və ildə bir dəfə business class təyyarə bileti verilməsi istənilir.

Keçmiş prezident Cozef Kabilanın bir məsləhətçisi qərarların ölkənin sosial iqtisadi vəziyyəti ilə uyğunlaşmadığını deyib.

Ancaq hökümət qərarların sabiqlərə aid olmadığını, sadəcə indiki və gələcəkdəki nazirlərə şamil ediləcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam