Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

144 futbolçunun ölkədən çıxışına qadağa

 

İranda müxtəlif futbol komandalarının 144 futbolçusunun ölkədən çıxışına qadağa qoyulub.
"Xeberinfo.com":  Məlumata görə, bunu İran parlamentinin Konstitusiyanın 90-cı maddəsinin icrası üzrə komissiyasının sədr müavini Həmid Rəsayi deyib. 
Rəsayi bildirib ki, həmin futbolçulara vergi borclarına görə ölkədən çıxmaq qadağan edilib: "Təkcə 6 tanınmış futbol klubu və onların oyunçularının 130 milyard tümən (48 milyon dollardan çox) vergi borcu var".
Onun sözlərinə görə, futbol klubları barəsində korrupsiya halları və vergidənyayınma ilə bağlı şikayətlər var: "Biz onları araşdırırıq. İndiyədək digər ölkələrdəki oyunlarda iştirakı üçün klubların vasitəçiliyi ilə futbolçulara güzəştlər edilirdi, lakin bu, belə davam edə bilməz".
İran Konstitusiyasının 90-cı maddəsinin tələbinə görə, hər kəs parlamentin, dövlətin, məhkəmə sisteminin işindən şikayətçi olarsa, yazılı formada öz şikayət ərizəsini parlamentə təqdim edə bilər. Komissiya parlament, dövlət və məhkəmə sisteminə aid şikayətlərə baxaraq onların həlli üçün həmin qurumlara müraciət edir və problem ictimai xarakter daşıyarsa, onda həmin məsələnin həlli ilə bağlı əhaliyə məlumat verir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam