Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rusiya büdcəni azaldır

 

Rusiya Federasiyası hökuməti gələn ilin büdcə xərclərini 10% azaldacaq. Bu barədə baş nazir Dmitri Medvedevin üç federal məmurla keçirdiyi müşavirədə qəbul edilib.

"Xeberinfo.com": Məlumata görə, prezident Vladimir Putin Nazirlər Kabinetinə 2015-2017-ci illərdə büdcənin xərclərini 5% azaltmağı tapşırıb.

Baş nazirin mətbuat katibi Natalya Timakova deyib ki, müşavirədə beynəlxalq durum nəzərə alınaraq müxtəlif variantlara baxılıb, xərclərin 10% ixtisarı haqqında qərar qəbul olunub. Büdcə təsdiq edilib, lakin büdcə haqqında qanuna düzəlişlər etmək lazımdır. 

Maliyyə Nazirliyinin nümayəndəsi baş nazirin müşavirəsini şərh etməsə də, amma bildirib ki, nazirlik çoxdan büdcə xərclərinin azaldılmasını təklif edib. Çünki bundan imtina imtina iqtisadiyyata əlavə zərbədir.

Ekspertlərin fikrincə, gələn il üçün 10 faizlik ixtisar ağıllı qərardır və açıq-normativ öhdəliklər hər halda yerinə yetiriləcək. Xərclər sosial xərclərə yox, dövlət proqramlarına aiddir. 

Xatırladaq ki, 2015-ci ildə dövlət proqramları üzrə xərclərin ən böyük hissəsi nəqliyyat sistemi üzrə (38,1%), kosmos sənayesi üzrə (19%), Uzaq Şərq üzrə (6%), aviasiya sənayesi üzrə (4,6%), ev və yaşayış kommunal xidmətləri üzrə (4,1%) təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam