Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Avropanın bu şəhərində də gecə meri olacaq

Slovakiyanın paytaxtı Bratislavada ilk dəfə gecə meri fəaliyyətə başlayacaq.

Yenixeber.org: Gecə meri axşam saatlarında və gecəyarısından sonra şəhər həyatına cavabdeh olacaq, gecələr fəaliyyət göstərən müəssisələrin sahibləri və məmurlar arasında vasitəçi rolunu oynayacaq.

Onun səlahiyyətlərinə bu saatlarda küçələrin işıqlandırılmasından tutmuş polislə qarşılıqlı əməkdaşlıq və patrul xidmətinin işinin yaxşılaşdırılmasına qədər kompleks təhlükəsizlik tədbirləri də daxildir.

Bundan başqa, mer Bratislavanın gecə həyatının uzunmüddətli inkişaf strategiyasını da hazırlamalıdır.

Beləliklə, Bratislava Avropa İttifaqı ölkələri arasında bu vəzifənin təsis edildiyi dördüncü paytaxt şəhəri olacaq. Bu təcrübə Aİ-də ilk dəfə 2012-ci ildə Amsterdamda tətbiq olunub. İki il sonra gecə meri Londonda, bu yaxınlarda isə Praqada işə başlayıb.

Qeyd edək ki, Avropada gecə meri yalnız paytaxtlarda fəaliyyət göstərmir. Ötən il Almaniyanın YUNESKO-nun "Musiqi şəhəri" statusunu daşıyan, 300 min əhalisi olan Manheym şəhərində ilk dəfə gecə meri seçkiləri keçirilib.(


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam