Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BMT terrorizmə qarşı

 

"Terrorizm transmilli cinayətkarlıq, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi və təbii ehtiyatların qeyri-leqal hasilatı ilə bağlı gəlirlər hesabına çiçəklənir".

"Xeberinfo.com":  Məlumata görə,Bu fikri BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman Təhlükəsizlik Şurasının terrorizmə və transmilli cinayətkarlığa həsr olunmuş iclasında bildirib. 

“Transmilli cinayətkarlıq dövlət qurumlarını zəiflədir, dövlətlərin təhlükəsizliyi təmin etmək və iqtisadi inkişafa şərait yaratmaq imkanlarını sarsıdır. Belə cinayətlər korrupsiyanın çiçəkləndiyi mühitin yaranmasına, habelə insan hüquqlarının cəzasız şəkildə pozulmasına gətirib çıxarır”,- deyə Feltman deyib. 

C.Feltman diqqəti “Boko haram”, “Əl Qaidə”, “Taliban” və özünü “İraq və Şam İslam dövləti” adlandıran terrorçu qruplaşmaların, habelə onların “əlaltılarının” azğınlıqlarına cəlb edərək vurğulayıb ki, həmin qruplaşmaların fəaliyyəti münaqişələri alovlandıran terrorizm və transmilli cinayətkarlıq arasında aşkar əlaqənin olduğunu göstərir.

BMT Təhlükəsizlik Şurasının üzvləri terrorçuların sərhədlərdən keçməsinə yol verməməyi, terror aktlarının maliyyələşdirilməsinin, o cümlədən transmilli cinayətkarlıqdan gələn gəlirlər hesabına maliyyələşdirilməsinin qarşısını alınmasını dövlətlərdən tələb edən qətnaməni yekdilliklə bəyəniblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam