Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Çindən türklərlə bağlı ağlasığmaz addım

Çin ölkədəki həbsxanaların yanında fabrik inşa edərək, müsəlmanları pulsuz işlədəcək.

Yenixeber.org:Məlumata görə, bunu Şərqi türküstanlı dosent Ərkin Emet deyib. O, Çinin Şərqi Türküstanda yaşayan müsəlmanlara qarşı göstərdiyi təzyiqi özlərinin də etiraf etdiyini bildirib:

“Hazırda Şərqi Türküstanda çox sayda həbsxana tikilir. Məqsədləri bu həbsxanaların yanında fabriklər tikərək, pulsuz işçi qüvvəsindən istifadə etməkdir. Onsuz da müsəlmanlara tətbiq etdikləri işgəncələrlə onları beyinlərindən istifadə etmədən yaşayan insanlara çevirməyə çalışırlar. Bütün bunların nəticəsində insanların əlində qalan tək şey - fiziki qüvvələrindən istifadə etmək istəyirlər”.

Şərqi türküstanlı professor Əbdülrəşid Cəlil Karluq isə Şərqi Türküstanda son 3 il ərzində 234 həbsxana tikildiyini bildirib:

“234 həbsxana zülmün nə qədər böyük həcmdə olduğunu göstərir. Çin artıq bu rəqəmləri gizlətməyə belə ehtiyac duymur. Çünki Çində daxildəki vəziyyətin xaricə necə bildirilməsi ilə bağlı siyasi ənənə var. Düşərgələri də inkar etdilər. Peyk vasitəsilə düşərgələr ortaya çıxan kimi dedilər ki, təlim düşərgələridir. Tikilən həbsxanaların yalnız sayı belə çox şey deyir”.  (axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam