Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Bəzi dövlətlər ABŞ-ı müharibəyə sürükləyir” -XİN rəhbəri

“Bəzi dövlətlər ABŞ-ı müharibəyə sürükləyir” - XİN rəhbəri
Bəzi dövlətlər ABŞ-ı və prezident Donald Trampı faciə ilə nəticələnəcək müharibəyə sürükləyir.
Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Əl-Cəzirə” televiziyasına müsahibəsində deyib. 
Nazir bildirib ki, istər Konqresdə, istərsə də ictimaiyyətdə ABŞ prezident Trampın siyasətinin əleyhinə çıxanların çoxalması təsadüfi xarakter daşımır. Onlar başa düşürlər ki, ABŞ mənasız silahlı münaqişəyə doğru gedir. 
İrana qarşı sanksiyaları iqtisadi terrorçuluq adlandıran M.C.Zərif qeyd edib ki, sanksiyalardan İran ilə yanaşı, bir çox digər dövlətlər də əziyyət çəkir. Bu fakt dünyada ABŞ-ın nüfuzuna çox ciddi zərbə vurur. 
Nazir nəzərə çatdırıb ki, Vaşinqton administrasiyası özünün milli maraqlarını deyil, başqa qüvvələrin maraqlarına xidmət edir. (AzərTAc) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam