Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ərdoğan:“Abdulla Gül və Əhməd Davudoğludan incimişəm”

“Mən Əli Babacana Ədalət və İnkişaf Partiyasında (AKP) məsləhətçi vəzifəsi təklif elədim, qəbul etmədi. Daha əvvəl isə Özbəkistan prezidenti Türkiyədən köməkçi istədi, Əli bəy bu təklifimə də müsbət cavab vermədi”.

Yenixeber.org: Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün öncə AKP-nin qurucularından olan keçmiş nazir Əli Babacanın partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.

Ərdoğan Əli Babacandan yeni partiya qurub-qurmayacaqlarını soruşduğunu bildirib: “O, hazırda bunu düşünmədiklərini, amma bir platforma üzərində çalışdıqlarını söylədi. Mən də “Yolunuz açıq olsun”, – dedim. Əlavə etdim ki, bu hərəkətlə bir şey əldə etməyəcəklər, apardığımız birgə mübarizədən çəkilmək düzgün deyil. Onunla biz bəzi mövzularda, o cümlədən faiz mövzusunda da anlaşmırdıq. Milləti parçalamaq olmaz”.

Ərdoğan keçmiş prezident Abdulla Gül və keçmiş baş nazir Əhməd Davudoğlu ilə yollarının ayrılmasından da danışıb: “Baş nazir, prezident postunda olmuş şəxslərin haradan hara gəldiklərini görürük. Bu yola başlayarkən hər şey yaxşı idi, ancaq vəzifədən ayrıldıqdan sonra mənsub olduqları partiyaya üz çevirirlər”.

Türkiyə prezidenti “Babacan, Davudoğlu və Güldən inciksinizmi?” sualına “Onlardan inciməyib, kimdən inciyəcəyik? Onlar yeni sistemi, seçkiləri dəstəkləmədilər”, – şəklində cavab verib.

Ərdoğan İstanbul bələdiyyə sədrliyinə namizəd olmuş Binəli Yıldırıımla mübarizə yoldaşı olduqlarını, ona vəzifə verilməsinin nəzərdə tutulduğunu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam