Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ölkəmizlə bağlı yeni dinləmələr keçiriləcək

 

Yanvarın 12-də Vaşinqtonda Azərbaycanda vəziyyətə həsr olunmuş dinləmələr keçiriləcək. “Azərbaycanda müstəqil səslərin susdurulması” adlı müzakirələr ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən təşkil olunacaq.
"Xeberinfo.com":  Təşkilatın saytında yayılan məlumatda deyilir ki, Azərbaycanda müxalif düşüncəli insanlara qarşı bu vaxta qədər olmayan səviyyədə repressiya siyasəti aparılır. Görkəmli jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi fəalların həbsi qorxulu vəziyyət yaradıb.
“Yaranmış vəziyyət bizi belə bir tədbiri təşkil edərək, Azərbaycandakı mövcud şəraiti və çıxış yollarını müzakirə etməyə vadar edir”, - məlumatda bildirilir.
Dinləmələrdə Massaçusets Universitetinin professoru Odri Alştadt, ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu, NED-in Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoyun çıxışları gözlənilir.("Turan")

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam