Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ABŞ prezidenti Bakının rəqibini dəstəklədi

 

ABŞ-ın Boston şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürüb.

"Xeberinfo.com":  Məlumata görə, bu addımı ölkə prezidenti Barak Obama da dəstəkləyib.

"Boston bizi güclü olmağın hansı anlamı verdiyinə öyrətdi. Prezident və birinci xanım, habelə bütün idmançılar bu nailiyyətlə fəxr edir və biz Bostonun 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarını təşkil etməsi üçün bütün səylərini ortaya qoyacağıq", - deyə B.Obama bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax isə Bostonu ciddi namizəd adlandırıb: "Bu şəhərin sakinləri təşəbbüskarlıqları ilə tanınırlar. Bostonun idman, elm və təhsildə böyük irsi var".

Qeyd edək ki, daha öncə ABŞ-ın Los-Anceles, San-Fransisko və Vaşinqton şəhərləri də 2024-cü il olimpiadasına namizədliklərini verib. Lakin ölkənin Milli Olimpiya Komitəsi məhz Bostonu seçib.

Digər namizədlər qismində Almaniyanın Berlin və Hamburq, Rusiyanın Sankt-Peterburq, Ukraynanın Kiyev, Türkiyənin İstanbul, Keniyanın Nayrobi, Avstraliyanın Melburn və CAR-ın Yohannesburq şəhərləri ilə yanaşı Bakının da adı hallanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam