Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ermənistan ABŞ-la separat danışıqlara gedir

 

Ermənistan analitikləri əmindirlər ki, Avrasiya İttifaqına daxil olan bu ölkə gec-tez NATO blokuna daxil olacaq. 
"Xeberinfo.com":  Məlumata görə, bir sıra şərhçilər iddia edirlər ki, İrəvan Rusiyanın patronajı altında olan Avrasiya İttifaqına daxil olmasına baxmayaraq, Qərblə separatçı danışıqlar aparır. 
“Artıq Ermənistan rəhbərliyindən çox az şey asılıdır. Hadisələr elə inkişaf edir ki, Ermənistanın yalnız bir yolu qalıb, hətta Putinə üç dəfə sadiqlik andı içsə də həmin yolla getməlidir”,- deyə erməni şərhçi Naira Hayrumyan vurğulayır. 
Hayrumyan Ermənistanın da Gürcüstanla eyni yolu gedəcəyini düşünür: “Rusiyalı oliqarx Bidzina İvanişvilinin hakimiyyətə gətirilməsinə baxmayaraq Gürcüstanı sovet düşərgəsinə heç kim qaytara bilmədi, Tiflis inadla NATO-ya doğru gedir”.
Erməni analitiklər, görünür, rəsmi İrəvanın qeyri-rəsmi mövqeyini açıqlayırlar. Yəni Serj Sarkisyan daxil olduğu Avrasiya İttifaqının, o cümlədən Rusiyanın gələcəyinə inanmır və əlaltdan Vaşinqtonla seperat danışıqlara gedir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam