Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Çeçenistan prezidentindən "Qərb"ə ittiham

 

“Dünən Fransanın paytaxtı Paris şəhərində gerçəkləşdirilən Birlik yürüşündə iştirak edən qərb ölkələrinin liderləri öz məqsədlərində səmimi deyildilər”. 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov özünün İnstagram səhifəsində yazıb. 

“Biz aparıcı ölkə liderlərinin Fransadakı Birlik yürüşünü dəstəkləyirik. Ancaq onlar hansı terroru pisləyirdilər? Bütün dünyadakı terroru, yoxsa təkcə Fransada baş verənləri? Niyə o prezidentlər, krallar, Baş nazirlər heç olmasa bir dəfə də olsun, minlərlə əfqanlının, suriyalının, misirlinin, liviyalının, yəmənlinin və iraqlının ölümünə qarşı öz etirazlarını bildirməyiblər”, - deyə Kadırov əlavə edib. 

Çeçenistan lideri “Charlie Hebdo” satirik jurnalında baş verənləri də pislədiyini gizlətməyib və bildirib ki, bu teraktın baş verməsində müəyyən qüvvələrin marağı var: “Məqsədləri isə islama qarşı nifrətin çoxalmasıdır”. 

Ramzan Kadırov qeyd edib ki, Rusiya mediası heç vaxt Məhəmməd peyğəmbərin karikaturasını dərc etməz. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam