Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Obama sammit çağırır: Azərbaycan dəvət alacaqmı?!

 

ABŞ beynəlxalq tərəfdaşları ilə birlikdə zorakı ekstremizmə qarşı qlobal sammit (Summit on Countering Violent Extremism) çağırır.

"Xeberinfo.com":  Məlumata görə, bu haqda Ağ Evdən yayılmış rəsmi açıqlamada bildirilir. Sammit gələn ay fevralın 18-də Vaşinqtonda keçiriləcək.

Bəyanatda deyilir ki, Ottava, Sidney və Parisdə törədilmiş terror aktları beynəlxalq səylərin birləşdirilməsini və koordinasiyasını zəruri edir.

Sammitə tərəfdaş ölkələrin nümayəndələri dəvət olunacaq və terrorçuluğa qarşı mübarizə çərçivəsində əhali ilə qarşılıqlı fəaliyyət, dini liderlərin bu mübarizədə iştirakı, habelə özəl sektorun və müəssisələrin rolu gündəmə çıxarılacaq. Sammitə dəvət olunacaq iştirakçıların siyahısı Ağ Ev tərəfindən daha sonra elan olunacaq.

Qeyd edək ki, Azərbaycan uzun illərdir terrorçuluğa qarşı beynəlxalq mübarizədə ABŞ-la və digər Qərb ölkələri ilə yaxın tərəfdaşlıq edir. Bu baxımdan sammitə Azərbaycanın da dəvət alacağı gözləniləndir.(virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam